NATO ABŞ və Türkiyəni dialoqa çağırdı

nato-abs-ve-turkiyeni-dialoqa-cagirdi
Oxunma sayı: 1130

NATO-nun Baş katibi Yens Stoltenberq viza gərginliyilə bağlı Türkiyə və ABŞ-ı dialoqa çağırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Y.Stoltenberq tərəfləri dəyirmi masa müzakirəsində gərginliyi həll etməyi təklif edib.

O, Türkiyənin terrorla mübarizədə kilid bir mövqedə olduğunu, gərginliyin aradan qaldırılmasının regionda terrorizmlə mübarizədə əhəmiyyətini vurğulayıb.

Xatırladaq ki, 8 oktyabrda ABŞ-ın Ankaradakı səfirliyi Türkiyə vətəndaşları üçün viza müraciətlərini dayandırdığını açıqlayıb. Bu qərardan sonra Türkiyə də eyni addımı ABŞ vətəndaşları üçün atıb.