NATO-dan Rusiyaya çağırış - “Krımı Ukraynaya qaytar”

nato-dan-rusiyaya-cagiris
Oxunma sayı: 1179

NATO Moskvaya Krım üzərində nəzarəti Ukraynaya qaytarmağı təklif edib.

“Qafqazinfo” rosbalt.ru-ya istinadən xəbər verir ki, alyansın bununla bağlı bəyanatı Krımın Rusiya tərəfindən ilhaqının beşilliyi ərəfəsində yayımlanıb. Hərbi bloka daxil olan ölkələr Rusiyanın Krımı qanunsuz olaraq ilhaq edərək Ukraynanın suverenliyini pozduğunu bəyan ediblər.

Bundan başqa NATO Krım körpüsünün tikintisini və Kerç boğazındakı insidenti pisləyib. Alyans üzvləri Rusiyanın Qara dəniz regionunda hərbi gücünü artırmağı planlaşdırmasından narahatlıqlarını ifadə ediblər. 

Qeyd edək ki, Krım və Sevastopol 2014-cü il referendumundan sonra Rusiyanın regionları sırasına daxil edilib.