NATO-dan Türkiyəyə xəbərdarlıq

NATO-dan Türkiyəyə xəbərdarlıq
Oxunma sayı: 2921

Türkiyənin Rusiya istehsalı olan S-400 zenit-raket kompleksini alması NATO-da ciddi narahatlıq doğurur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Breaking Defence” NATO Hərbi komitəsinin rəhbəri Petra Pavla istinadən məlumat yayıb.

Hərbi komitənin başçısı bu məsələ ilə bağlı öz narahatlığını da dilə gətirib. Onun sözlərinə görə, S-400 sistemi müəyyən hazırlıq səviyyəsi tələb edir. Bunun üçün Rusiya mütəxəssisləri Türkiyəyə gəlib, bununla bağlı təlimat keçəcək. Pavel mütəxəssislərin vacib kəşfiyyat məlumatlarını Rusiya hökumətinə göndərə biləcəklərindən ehtiyyatlanır.

Daha əvvəl KİV-də ABŞ S-400  zenit-raket kompleksinə görə, Türkiyəyə qarşı sanksiya tətbiq edə biləcəyi bildirilirdi.

Qeyd edək ki, Türkiyə hakimiyyəti Rusiyadan iki S-400 batareyasının alınması haqqında qərar qəbul edib. Tərəflər həmçinin Türkiyədə zenit-raket komplekslərinin istehsalının inkişafı üçün texnoloji əməkdaşlıq haqqında razılığa gəliblər


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi