NATO deputatları toplanır

nato-deputatlari-toplanir
Oxunma sayı: 682

“Qafqazinfo”nun məlumatına görə, mayın 27-dən 30-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək sessiyada Azərbaycanı Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinin tərkibinə deputatlardan Məlahət İbrahimqızı, və Qüdrət Həsənquliyev daxildir. Sessiyanın iclaslarında informasiya və milli təhlükəsizlik, Ukraynada daxili dinamika və xarici siyasətin prioritetləri, Əfqanıstanda idarəetmə problemləri, raket əleyhinə müdafiə, Çinin tərəqqisi və bunun NATO üçün mümkün nəticələri, bioloji və kimyəvi təhdidlərə qarşı müqavimət göstərilməsi, sənayenin su təhlükəsizliyinə təsiri və digər mövzularda məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində nümayəndə heyətinin bir sıra görüşləri də nəzərdə tutulub.

Fatimə Kərimli