NATO əfqan toyunu yasa çevirdi

nato-efqan-toyunu-yasa-cevirdi
Oxunma sayı: 632

“Azerimuslims.com” Türkiyənin “Yeni Şəfəq” qəzetinə istinadən bildirir ki, NATO növbəti dəfə Əfqanıstanda kütləvi qırğın törədib. Belə ki, alyansın ölkənin şərqindəki Baraki Barak bölgəsində keçirdiyi hava hücumu nəticəsində 20 nəfər həyatını itirib.

Xəbərlərdə NATO qırıcılarının gecə radələrində bölgədə toy olan evə raket zərbələri endirməsi nəticəsində 5 qadın, 7 uşaq və 8 kişinin meyitinin dağıntılar arasından çıxarıldığı öz əksini tapıb. Habelə xəbərlərdə ölənlərin hamısının kənddəki toy mərasimində iştirak edən şəxslər olduğu qeyd edilib.

“Assoşiayted-Press” informasiya agentliyinin müxbəri hücuma etirazını bildirmək üçün Loqar şəhərinə yollanan kəndlilərin yük maşınlarının arxasında 20 nəfərin meyitini gördüyünü deyib.

Xatırladaq ki, NATO-nun Əfqanıstandakı rəhbərliyi Taliban lidelərindən birinin saxlanılması üçün edilən hücumda mülki şəxslərə zərər dəymədiyini iddia etmişdi.