NATO Əfqanıstandakı əsgərlərin sayını artıracaq

NATO Əfqanıstandakı əsgərlərin sayını artıracaq
Oxunma sayı: 245

NATO Əfqanıstanda təhlükəsizlik əməkdaşlarına təlim keçən xüsusi təyinatlı hərbiçilərin sayını artırmağı planlaşdırır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 2018-ci ildə 3 min əsgərin göndərilməsi nəzərdə tutulub. Bunun yarısı isə ABŞ ordusunun əsgərləri olacaq.

Beləliklə, Əfqanıstanda xidmət aparan NATO əsgərlərinin sayı 16 minə çatacaq.

Qeyd edək ki, hazırda bu ölkədə İŞİD və “Taliban” terror təşkilatlarına qarşı mübarizə aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi