NATO-nun baş katibindən hərbi mesajlar

nato-nun-bas-katibinden-herbi-mesajlar-
Oxunma sayı: 640

NATO baş katibinin sözlərinə görə, avropalılar alyansın gələcəyinə görə məsuliyyəti öz üzərinə götürməlidir. "NATO-ya döyüşə yararlı olmaq üçün investisiyalar lazımdır. Avropanın dünya arenasında mühüm rol oynaması və təhlükəsizliyin qorunması üzrə beynəlxalq missiyalarda iştirak etməsi üçün əhəmiyyətli dərəcədə hərbi potensiala və müdafiə sahəsinə yatırımların edilməsinə ehtiyac var." - sitatın sonu. O, həmçinin Amerika Birləşmiş Ştatlarının yüksək texnologiyalı silahlarından asılılığı azaltmaq üçün avropalı müttəfiqlərini birgə əməkdaşlığa çağırıb.

Anders Foq Rasmussen Liviyadakı hərbi əməliyyatlardan da danışıb. "Liviya xalqına ismarıcımız aydındır: nə qədər ki, buna ehtiyac var, biz sizi qoruyacağıq. Bizim Qəddafi rejiminə ismarcımız aydındır: sənin vaxtın bitib, sən getməlisən. Bizim dünya ictimaiyyətinə ismarıcımız da aydındır: biz, öz səlahiyyətlərimizə müvafiq olaraq, Liviyada tez bir zamanda siyasi həll yolu üçün hərbi təzyiqi davam etdirəcəyik." - Rasmussen belə deyib.

Qeyd edək ki, Liviya lideri Müəmmər Qəddafi ölkədə yaxın 3 ay ərzində azad seçkilərin keçirilməsini təklif edib. Bunu Liviya liderinin adından onun oğlu Seyf-əl-İslam qərb mətbuatına müsahibəsində açıqlayıb.