NATO-nun Cənubi Qafqazla əlaqələrində dəyişiklik

nato-nun-cenubi-qafqazla-elaqelerinde-deyisiklik
Oxunma sayı: 631

Belə ki, Əlaqələndirici Zabit ofisi Gürcüstanda siyasi proseslər, demokratikləşmə, islahatlar, seçki məsələləri ilə məşğul olacaq. Bu ofisin Azərbaycan və Gürcüstanla əməkdaşlığı isə əsasən təhlükəsizlik və müdafiə sektoru üzrə həyata keçirilən islahatların hədəfə götürülməsi ilə yekunlaşacaq.

Ötən ilin noyabrında Əlaqələndirici Ofisdə yalnız Gürcüstan üçün Hərbi Əlaqələndirici Zabit vəzifəsi yaradılıb. Bu vəzifəyə almaniyalı polkovnik Maximilian Eder təyin olunub. Əldə edilən məlumatlara görə, əgər Azərbaycan və Ermənistan tərəfinin marağı olarsa Hərbi Əlaqələndirici Zabit Bakı ilə də əlaqələr qura bilər.

Daha bir məlumat Rumıniya səfirliyinin fəaliyyəti ilə bağlıdır. Hazırda Rumıniya səfirliyi Azərbaycanda Əlaqələndirici Səfirlik (Contact Point Embassy) funksiyasını yerinə yetirir. 2013-cü il yanvar ayının 1-dən başlayaraq Rumıniyanın Gürcüstandakı səfirliyi də eyni zamanda CPE funksiyasını yerinə yetirir. Beləliklə, Rumıniya hazırda Cənubi Qafqazın iki respublikasında NATO ilə bağlı məlumatlandırma və koordinasiya rolunu yerinə yetirir.

“Qafqazinfo”ya verilən məlumata görə, aprel ayında NATO-nun nümayəndə heyəti Azərbaycana səfər edəcək. Səfərdə əsas məqsəd Azərbaycanla NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (Individual Partnership Action Plan - IPAP) 3-cü mərhələsinin yerinə yetirilməsi ilə bağlı durumu araşdırmaqdır. Bundan öncə isə NATO nümayəndələri Ermənistanda analoji proseduru keçirəcəklər.

C.Sümərinli, Tbilisi