NATO Qarabağla bağlı çağırış etdi

nato-qarabagla-bagli-cagiris-etdi
Oxunma sayı: 1763

NATO Dağlıq Qarabağdakı münaqişədən narahatdır və tərəfləri gərginlikdən qaçmağa çağırır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəəbər verir ki, bu sözləri NATO baş katibi Yens Stoltenberq  Brüsseldə prezident İlham Əliyevlə görüşdən sonra deyib:

“Dağlıq Qarabağdakı həll olunmamış münaqişə narahatlıq yaradır. Məlumdur ki, münaqişənin hərbi həll yolu yoxdur və NATO burada birbaşa rol oynamır”. 
Stoltenberq qeyd edib ki, alyans ATƏT-in Minsk qrupu həmsədrlərinin işini dəstəkləyir və Azərbaycan-Ermənistan liderləri arasında danışıqlar prosesinin yenilənməsinə şaddır: “Sizi danışıqlar vasitəsilə həllin axtarışı yoluyla getməyə davam etməyə və yeni eskalasiyadan qaçmağa çağırırıq”.