NATO Rusiya ilə sərhəddə 45 min hərbçi göndərəcək

NATO Rusiya ilə sərhəddə 45 min hərbçi göndərəcək
Oxunma sayı: 981

NATO ölkələri Rusiya ilə sərhəddə geniş hərbi təlim keçirəcək.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvlərinin generalı Robert Heller bildirib.

“Bu payız, oktyabrda NATO-nun böyük təlimi keçiriləcək. Yəqin ki, bu amfibiyaların iştirakı ilə keçirilən ən iri miqyaslı hərbi təlimlər olacaq”,-deyə ABŞ generalı vurğulayıb.

Təlimlərdə 45 minə qədər hərbçi iştirak edəcək.

General təlimlərin konkret olaraq harda keçiriləcəyi barədə məlumat verməyib, ancaq onun Rusiya ilə sərhəd yaxınlığında olacağını bildirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi