NATO Türkiyədən üzr istədi

NATO Türkiyədən üzr istədi
Oxunma sayı: 1162

NATO baş katibi Yens Stoltenberq Türkiyədən üzr istəyib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, NATO Ərdoğanın bəyanatından və 40 türk əsgərini Norveçdəki NATO təlimlərindən geri çəkdikdən sonra belə bir addım atıb.

Belə ki, Norveçdə Ortaq Hərb Mərkəzində keçirilən təlim zamanı norveçli zabit “düşmən liderlərinin hədəf tablosu”nu hazırlayıb. Həmin tabloya Atatürkün və Ərdoğanın rəsmi də daxil edilib. 

Ərdoğan bu olaya sərt reaksiya verdikdən sonra NATO Türkiyədən üzr istəyib. Zabitlə, olayda məsul olan texnik ordudan qovulub. NATO baş katibi bildirib ki, bu həmin şəxslərin şəxsi təşəbbüsü olub və NATO-nun mövqeyini əks etdirmir. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi