Navalnıy sərbəst buraxıldı

navalniy-serbest-buraxildi
Oxunma sayı: 1116

Rusiyada müxalifət lideri Aleksey Navalnıy 20 sutkalıq inzibati həbsdən sonra azadlığa çıxıb.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, siyasətçi ölkədə keçirilən icazəsiz mitinq və nümayişlərin təşkilinə görə həbs olunmuşdu.

Qeyd edək ki, 41 yaşlı A. Navalnıy 2009-cu ildən etibarən Rusiyada və bütün dünyada prezident Vladimir Putini tənqid etməklə və korrupsiya faktlarını üzə çıxarmaqla məşhurlaşıb.