Naxçıvan bu ilin “Gənclər paytaxtı” oldu

naxcivan-bu-ilin-gencler-paytaxti-oldu
Oxunma sayı: 1377

Naxçıvan şəhəri 2018-ci ilin “Gənclər paytaxtı” elan edilib. 
 
“Qafqazinfo”nun xəbərinə görə, bu 2 fevral - Gənclər günü ilə bağlı “Buta  Palace” sarayında keçirilən tədbirdə elan edilib.
 
Naxçıvan şəhəri onlayn səsvermə yolu ilə "Gənclər paytaxtı" seçilib.
 
“Gənclər paytaxtı”nın simvolik açarı Naxçıvanın gənclər və idman naziri Azad Cabbarova təqdim olunub.
 
Qeyd edək ki, 2017-ci ilin “Gənclər paytaxtı” Balakən şəhəri elan edilmişdi.