Naxçıvan əhalisinin sayı açıqlandı

naxcivan-ehalisinin-sayi-aciqlandi
Oxunma sayı: 2063

Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı açıqlanıb.
 
“Qafqazinfo”nun məlumatına görə, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi 1 mart 2018-ci il tarixə muxtar respublikada əhalinin sayının bir il öncəyə nisbətdə 3 min 600 nəfər artdığını açıqlayıb.
 
Beləliklə, Naxçıvan əhalisinin sayı 453 min 600 nəfərə çatıb.
 
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi 1 mart 2017-ci il tarixə muxtar respublikada əhalinin sayının 450 min nəfərə çatdığını açıqlayıb.