Naxçıvan Qarnizonu döyüş hazırlığına gətirilib - Fotolar + Video

Naxçıvan Qarnizonu döyüş hazırlığına gətirilib
Oxunma sayı: 2007

Azərbaycan Respublikası Silahlı Qüvvələrində keçirilən komanda-qərargah hərb oyunları çərçivəsində Naxçıvan Qarnizonunun qoşunları fəaliyyətlərini davam etdirir.

“Qafqazinfo” Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir ki, komanda-qərargah hərb oyunlarının planına uyğun olaraq praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilməsi üçün cəmləşmə rayonlarına çıxarılıb.

Təyin edilmiş məntəqə və rayonlarda idarəetmə məntəqələri açılaraq qoşunların idarə edilməsi həyata keçirilib. İdarəetmənin bir məntəqədən digərinə ötürülməsi məşq etdirilib.

Birləşmə və hissələrin komplektləşdirilməsi üzrə səfərbərlik tədbirləri qismən yerinə yetirilib. Komplektləşdirmə zamanı bəzi azsaylı ixtisaslı hərbi vəzifəlilərin çağırışı praktiki həyata keçirilib.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi