Naxçıvana ilk qar yağdı - Fotolar

naxcivana-ilk-qar-yagdi
Oxunma sayı: 2525

Oktyabrın 26-dan  27-nə keçən gecə Naxçıvan ərazisinə bu mövsümün ilk qarı yağıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii  Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, bu hal muxtar respublikanın mövsümi iqlim şəraitinə uyğundur və normal hal sayılır. Bu payız müşahidə olunan ilk qar 2000 metr hündürlükdən yuxarı olan dağlıq ərazilərə yağıb. 

Dəniz səviyyəsindən 2000 metr hündürlükdə olan ərazilərdə qar örtüyünün qalınlığı 5 sm, 3000 metr yüksəkliklərdə isə 20 sm olub. 2000 metrdən aşağı olan dağlıq ərazilərə isə sulu qar yağıb.

Qar əsasən Ordubad, Culfa və Şahbuz rayonlarının dağlarında qeydə alınıb.