Naxçıvanda 3 hərbçimiz həlak olub

naxcivanda-3-herbcimiz-helak-olub
Oxunma sayı: 9108

Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları iyulun 5-i saat 18:30 radələrində avtomobil qəzasına düşüblər.

“Qafqazinfo” Ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Günnüt kəndi istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızı daşıyan BMC markalı avtomobilin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar hərbi hospitala yerləşdirilib.

Dünyasını dəyişən hərbçilər isə bu gün doğulduqları kəndlərində dəfn ediliblər.

1991-ci il təvəllüdlü baş leytenant Hümmətov Orxan Bayram oğlu Tovuz rayonunun Qaraxanlı kəndində, 1995-ci il təvəllüdlü gizir Həsənli Novruz Nəbi oğlu Şərur rayonunun Maxta kəndində, 1987-ci il təvəllüdlü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş  Seyidov Raman Mirsalam oğlu Şərur.