Naxçıvanda atəşkəs pozuldu - Hərbçimiz yaralandı

naxcivanda-ateskes-pozuldu
Oxunma sayı: 2738

Avqustun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində hərbi qulluqçumuz İsrəfilov Samit Ədalət oğlu yaralanıb.

"Qafqazinfo" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, həyati təhlükə yoxdur.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlərə görə məsuliyyət tam şəkildə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan Ordusunun bölmələri dövlət sərhədində əməliyyat şəraitinə tam nəzarət edir.