Naxçıvanda hərbi maşın aşdı- - Ölən var

naxcivanda-herbi-masin-asdi-
Oxunma sayı: 1262

 

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus sanitar avtomobili “Hyundai” markalı minik maşını ilə toqquşub. Zərbənin təsirindən hərbi maşın aşıb.

 Nəticədə hərbi maşında olan, hərbi hissənin tibb xidməti rəisi, gizir Vüqar Faiq oğlu Orucov aldığı xəsarətdən hospitalda dünyasını dəyişib. Avtomobilin sürücüsü, müddətdən artıq xidmət edən əsgər Rəşad Rüfətov isə yüngül xəsarətlə hospitala yerləşdirilib.

 Qəza nəticəsində minik avtomobilində olan şəxslərdən bir nəfərinin yüngül xəsarət aldığı bildirilir.

 İlkin ehtimala görə, qəza “Hyundai” markalı avtomobilin ötmə əməliyyatına düzgün yerinə yetirməməsi səbəbdən baş verib.

 Müdafiə Nazirliyinin mətbuat xidmətindən hərbçilərin qəzaya düşməsi faktını təsdiqləyiblər.

 Fakta bağlı cinayət işi başlanıb, araşdırma aparılır.