Naxçıvanda jurnalist açıq nömrədən təhdid olundu

naxcivanda-jurnalist-aciq-nomreden-tehdid-olundu
Oxunma sayı: 687

Jurnalist bildirir ki, həmin şəxs özünü güya həbs olunan iş adamı Məmməd Qurbanovun “canıyananı” kimi göstərib: “Açıq nömrə ilə zəng etmişəm. Səviyəniz, savadınız yoxdur. Özünüzü hüquq müdafiəçisi adlandırırsınız. Dayan Elman Abbasov səninlə görüşəcəyik, Bu millətin başına açdığınız oyunların cavabını verəcəksiniz. Görün başınıza nə oyun açacağıq”- deyə bildirilib

Jurnalist deyir ki, zəng edənin bütün telefon danışıqlarını qeydə alıb. Dərhal 102-ni yığaraq dünən onlara qarşı baş verənlər və bugünkü hadisə ilə bağlı Naxçıvan şəhər polisinə məlumat verib. İndi polisin hansı addım atacağını gözləyir.