Naxçıvanda Mərkəzi Bankın sədri dəyişdi

Naxçıvanda Mərkəzi Bankın sədri dəyişdi
Oxunma sayı: 1411

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri təyin edilib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Elvin Axundov Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri təyin edilib.
 
Qeyd edək ki, E. Axundov bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi vəzifəsində çalışıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi