Naxçıvanda vəkillər cəbhəçinin müdafiəsindən imtina etdilər

naxcivanda-vekiller-cebhecinin-mudafiesinden-imtina-etdiler
Oxunma sayı: 642

Buna görə Bakıdan vəkil tutmuşam. Qardaşımın hüquqlarını vəkil Əsabəli Mustafayev qoruyacaq”. Yanvarın 5-də “Media forum” saytına açıqlamasında AXCP Naxçıvan təşkilatının sədr əvəzi Yaşar Bağırsoy belə deyib.

Yaşar Bağırsoyun AXCP fəalı olan qardaşı Zeynal (Zeynalabdin) Bağırzadə Cinayət Məcəllləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham olunur. 2011-ci il dekabrın 26-da Naxçıvan Şəhər Məhkəməsi Zeynal Bağırzadə haqqında 3 aylıq həbs qətimkan tədbiri seçib.

Yaşar Bağırsoy “Media forum”a açıqlamasında Zeynal Bağırzadənin vəziyyəti ilə bağlı heç bir məlumatı olmadığını bildirib: “Qohumlarımızdan, ailə üzvlərimizdən heç kəsi onun yanına buraxmırlar. Əgər doğrudan da Zeynal işgəncəyə məruz qalmayıbsa, onunla görüşə icazə versinlər. 8 gün ərzində heç bir kəsə onunla görüşməyə icazə verməyiblər. Əgər görüş istintaq qaydalarına ziddirsə, onda Ədliyyə Nazirliyinin işçilərinin iştirakı ilə onu bizə heç olmasa uzaqdan göstərsinlər”.

Naxçıvan Muxtar Respublikası ombudsmanın yaydığı rəsmi məlumatda deyilir ki, Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanan AXCP fəalı işgəncəyə məruz qalmayıb: “Ombudsman Ülkər Bayramova və preventiv qrupun üzvləri Zeynalabdin Bağırzadə ilə görüşüb və saxlanma sənədləri ilə tanış olublar. Görüş zamanı Zeynalabdin Bağırzadə istintaq təcridxanasında ona qarşı hər hansı təzyiq və ya işgəncə halının, o cümlədən saxlanma şəraiti ilə bağlı heç bir narazılığının olmadığını qeyd edib”.