Naxçıvandan daha bir təhdid xəbəri

naxcivandan-daha-bir-tehdid-xeberi
Oxunma sayı: 637

İlqar Nəsibov bu barədə “Qafqazinfo” ya açıqlama verib. Onun sözlərinə görə, saat 15:10 radələrində işdən çıxıb evə gedərkən Ali Məclisin yaxınlığında “Sadiq” marketin qarşısında bir nəfər təxminən 25-27 yaşlarında oğlan ona yaxınlaşaraq təhdid etməyə başlayıb: “Başında sarı rəngdə papaq var idi. Üzü tüklü idi. Mənə dedi ki, Məhəmməd Qurbanovu siz həbs etdirmisiniz. Özünü Məhəmməd Qurbanovun yaxın adamı kimi təqdim etdi. Dedi ki, görün indi sizin başınıza nə oyun açacağıq.

Xatırladım ki, bir neçə ay bundan əvvəl jurnalist Elman Abbasova da eyni tipli adam yaxınlaşaraq onu təhdid edib. Mən də bugünki olaydan dərhal sonra Məhəmməd Qurbanovun yaxınları ilə əlaqə saxladım. Onlar mənə elə bir qohumlarının olmadığını və kiməsə sifariş vermədiklərini bildirdilər”.


Xatırladaq ki, dekabrın 12-də naxçıvanlı iş adamı Məhəmməd Qurbanov və onun kürəkəniNadir Məmmədov haqqında Sədərək rayon Məhkəməsinin qərarı ilə 2 ay həbs qətimkan tədbiri seçilib. Dekabrın 18-də Naxçıvan Apellayasiya məhkəməsi iş adamı Məhəmməd Qurbanov haqqında birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayaraq onu yenidən həbsdə saxlayıb.

Günel