Naxçıvanla bağlı bəyanat verildi

naxcivanla-bagli-beyanat-verildi
Oxunma sayı: 646

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda bildirilir ki, Culfa rayon sakini Turac Zeynalovun 4 gün Naxçıvan Milli Təhlükəsizlik Nazirliyində saxlanılaraq avqustun 28-də ölüməsini AXCP hiddətlə qarşılaylb. AXCP Turac Zeynalovun nakam vəfatının məsuliyyətinin birbaşa hakimiyyətin daşıdığını bəyan edir.

AXCP xatırladır ki, təkcə bu il hüquq-mühafizə orqanlarında işgəncədən 10-dək vətəndaş həyatını itirib, 89 nəfər işgəncə ilə üzləşdiyinə görə İşgəncələr Əleyhinə Milli Komitəyə müraciət edib: “Naxçıvan Muxrat Respublikasında vətəndaşların bütün kpnstitusion hüquqlarının kobud və total səviyyədə məhdudlaşdırılmasını AXCP vahid dövlət siyasəti sayıraq bildirir ki, məqsəd Muxtar Respublikada “nümunəvi totalitar dövlət modeli” yaradıb, onu bütün ölkəyə tətbiq etməkdir.

Vətəndaşların həyatına qarantiya durmağa görəvli olan dövlət orqanlarında işgəncə və qətillərin adiləşməsi dövlət siyasəti kimi pisləyən AXCP cəmiyyəti, beynəlxalq biriliyi vətəndaş hüquq və azadlıqlarına qənim kəsilən rejimə qarşı təsirli tədbirlər barədə düşüməyə dəvət edir”.