“Naxçıvanlılara səhiyyə sahəsində hər dəstəyi göstərəcəyik” - Ərdoğan

“Naxçıvanlılara səhiyyə sahəsində hər dəstəyi göstərəcəyik”
Oxunma sayı: 2643

Prezident seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana edən Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevlə görüşündə Dağlıq Qarabağ-Naxçıvan məsələsindən də danışıb.

"Qafqazinfo" xəbər verir ki, bundan sonra da bu mövzunun üzərində dayanacaqlarını bildirən Ərdoğan lazım gələrsə, Naxçıvanla Türkiyə arasında dəmir yolu xəttinin açılacağını da deyib:

"Bu, hər iki ölkənin gücünə güc qatacaq. Səhiyyə sahəsində də Naxçıvanda yaşayan qardaşlarımızın xüsusilə Türkiyənin sərhəd bölgələrində istər təhsil müəssisələrində, istərsə də, dövlət xəstənalarında öz vətəndaşlarımıza təmin etdiyimiz hər bir şəraiti yaradacağıq və dəstəyimizi əsirgəməyəcəyik". 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi