“Naxçıvanski” məzunlarının buraxılışı oldu - Fotolar

naxcivanski-mezunlarinin-buraxilisi-oldu
Oxunma sayı: 1960

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, liseyin şəxsi heyəti, müəllimlər, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.