Nazarbayev Bülbüloğluna məktub göndərdi

Nazarbayev Bülbüloğluna məktub göndərdi
Oxunma sayı: 1547

Qazaxıstan Respublikasının birinci Prezidenti-Elbası Nursultan Nazarbayev Polad Bülbüloğluna məktub ünvanlayıb.

Səfirlikdən "Qafqazinfo"ya bildiriblər ki, Nursultan Nazarbayev Polad Bülbüloğlunun siyasi və yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirib.

Məktubda deyilir: “Sizin yaradıcı əməyinizi, səmərəli ictimai və dövlət fəaliyyətinizi, Qazaxıstan ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinə verdiyiniz böyük şəxsi töhfəni yüksək qiymətləndirirəm”.

Qazaxıstanın birinci Prezidenti əmin olduğunu bildirib ki, Azərbaycan səfirinin zəngin həyat və peşə təcrübəsi bundan sonra da iki qardaş xalqın çoxtərəfli əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi