Nazarbayev Əliyevi təbrik etdi

nazarbayev-eliyevi-tebrik-etdi
Oxunma sayı: 645

Qafqazinfo Azərtaca istinadən xəbər verir ki, təbrik məktubunda deyilir: “Sizi 50 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qardaş Azərbaycanın sosial-iqtisadi sahədə, dövlət quruculuğunda, beynəlxalq arenada sanballı uğurları Sizə böyük nüfuz və ümumxalq dəstəyi qazandırmışdır. Əminəm ki, Qazaxıstan ilə Azərbaycan arasında yaranmış çoxəsrlik dostluq və qardaşlıq münasibətləri, qarşılıqlı anlaşmaya əsaslanan ənənələr xalqlarımızın rifahı naminə fəal inkişaf edəcəkdir. Hörmətli İlham Heydər oğlu, bu fürsətdən istifadə edib, Sizə möhkəm cansağlığı və şərəfli fəaliyyətinizdə uğurlar diləyirəm”.

Moldova Prezidentinin vəzifəsini icra edən Marian Lupu, Slovakiya Prezidenti İvan Qaşparoviç, Çexiya Prezidenti Vatslav Klaus da İ. Əliyevə analoji təbrik məktubu göndərib.