Nazarbayev hökuməti istefaya göndərdi

nazarbayev-hokumeti-istefaya-gonderdi
Oxunma sayı: 1977

Qazaxıstan prezidenti Nursultan Nazarbayev hökuməti istefaya göndərdiyini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunub.

“Bu gün mən ölkəmiz üçün vacib qərar qəbul edirəm... Düşünürəm ki, hökumət istefaya göndərilməlidir. Yeni hökumət həyat standartlarını yaxşılaşdırmaq, iqtisadiyyatı stimullaşdırmaq, strateji məqsədləri həyata keçirmək üçün effektiv addımlar atmalıdır”, - deyə Nazarbayev vurğulayıb.