Nazarbayev internetdə anonim şərhlərə qadağa qoyan qanun imzaladı

nazarbayev-internetde-anonim-serhlere-qadaga-qoyan-qanun-imzaladi
Oxunma sayı: 1011

Qazaxıstan prezidenti Nursultan Nazarbayev informasiya və kommunikasiya məsələləri ilə bağlı bəzi qanunvericilik aktlarına dəyişiklik edib.

“Qafqazinfo” xəbər verir ki, dəyişikliyə əsasən, informasiya resurslarında anonim şərhlər qadağan ediləcək. 

Dəyişikliyə əsasən, internet istifadəçiləri artıq Qazaxıstan informasiya resurslarında anonim şərhlər yaza bilməyəcəklər. 

Qanuna dəyişiklik istifadəçinin istədiyi adla qeydiyyatdan keçmək hüququnu əlindən almayacaq, lakin portal təxəllüslə sayta daxil olanın kimliyi ilə bağlı məlumata sahib ola biləcək.