Nazarbayev milli valyutanın dizaynını dəyişir - Rus dili ləğv edilir

nazarbayev-milli-valyutanin-dizaynini-deyisir
Oxunma sayı: 2043

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkə valyutasının rusdilli yazılarla buraxılmasının dayandırılması haqda qərar verib.

“Qafqazinfo” Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, yeni sikkələrin və əskinasların üzərindəki yazılar bundan sonra yalnız qazax dilində olacaq. Təkcə investisiya və kolleksiya sikkələrində xarici dillərdə yazılar ola bilər. 

Qeyd edək ki, Qazaxıstan əskinaslarının və sikkələrinin üzərində yazılar iki dildə - rus və qazax dillərində verilirdi.