Nazarbayev universitetlərin sayını azaltmağa çağırdı

nazarbayev-universitetlerin-sayini-azaltmaga-cagirdi
Oxunma sayı: 1368

Qazaxıstanda universitetlərin sayını azaltmaq lazımdır.

“Qafqazinfo” xəbər verir ki, belə bir təkliflə ölkə başçısı Nursultan Nazarbayev çıxış edib:

“İndi hər günnazirliyə gəlib xahiş edirlər ki, gəlin, yuniversitet açaq. Bizdə 131 universitet var, onları azaltmaq lazımdır. Bizdə kəmiyyət deyil, keyfiyyət lazımdır”.

Prezidentin sözlərinə görə, bütün universitetləri “Nazarbayev Universiteti”nin səviyyəsinə qaldırmaq lazımdır: “Bütün universitetlərdə öz tədqiqat laboratoriyaları olan elmi mərkəzlər olmalıdır. Bizneslə əməkdaşlıq edilməli və kommersiyalaşmaya getməlidirlər”. 

Qeyd edək ki, “Nazarbayev Universiteti” dövlət başçısı tərəfindən 2010-cu ildə yaradılıb.