Nazarbayevdən mühüm qərar

Nazarbayevdən mühüm qərar
Oxunma sayı: 1411

Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax dilinin latın qrafikalı əlifbaya mərhələli keçidi haqqında fərman imzalayıb. 

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, fərmana əsasən  Qazaxıstan əlifbasının latın qrafikasına keçid prosesini təmin etmək üçün milli komissiyanın yaradılması barədə göstəriş verilib.
 
Fərman Qazaxıstanın 2025-ci ildə tam şəkildə latın qrafikalı əlifbaya keçməsini nəzərdə tutur.
 
Məlumata görə, fərmana latın qrafikasına əsaslanmış qazax  dilinin 32 hərfdən ibarət əlifbası əlavə edilib.  
 
Qazaxıstanda 1920-ci ilədək ərəb qrafikalı əlifbadan istifadə edilib. 1920-40-cı illərdə latın qrafikalı əlifbadan, 1940-cı ildən isə 42 hərfli kiril qrafikalı əlifbadan istifadə edilib.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi