Nazarbayevin qızı yüksək posta seçildi - Video

nazarbayevin-qizi-yuksek-posta-secildi
Oxunma sayı: 7127

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva Parlament Senatının sədri seçilib. 

“Qafqazinfo” Tengrinews.kz-yə istinadən xəbər verir ki, o, palatanın deputatları arasında keçirilmiş gizli səsvermə nəticəsində bu posta təyinat alıb. İştirak edən 44 senatordan 44-ü Nazarbayevanın lehinə səs verib.  

Bu vəzifəyə qədər Dariqa Nazarbayeva Senatın beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı sədr vəzifəsini icra edirdi. 

Xatırladaq ki, Qazaxıstanın eks-spikeri Kasım-Jomart Tokayev bu gün prezident səlahiyyətlərinin icrasına başlayıb. Belə ki, dünən Nursultan Nazarbayev prezidentlikdən istefa verib.