Nazarbayevlə Tokayev Novruz şənliyində - Fotolar

nazarbayevle-tokayev-novruz-senliyinde
Oxunma sayı: 3392

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Novruz şənliyinə qatılıb və qazax xalqını bayram münasibətilə təbrik edib.

“Qafqazinfo” Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, şənlikdə ölkənin yeni prezidenti Qasım-Jomart Tokayev də olub. Novruz tədbiri Qazaxıstanın 25 illik müstəqilliyi münasibətilə ucaldılmış abidənin yaxınlığındakı etno-aulda keçirilib.

Burada 17 yurd təşkil olunub ki, onlardan bəziləri muzey tipli olub.