Nazarov ən yaxşı oyunçu seçildi

nazarov-en-yaxsi-oyuncu-secildi
Oxunma sayı: 1065

Almaniyanın 2-ci liqa təmsilçisi “Aue” klubunda bu ilin ən yaxşı futbolçusu müəyyənləşib.

“Qafqazinfo” Sportal-a istinadən xəbər verir ki, 1400 azarkeş arasında aparılan sorğunun yekun nəticəsinə əsasən Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarov ən yaxşı oyunçu seçilib.

O, səslərin 33 faizini toplayıb. Komandanın kapitanı Martin Mannel ikinci (26 faiz), Kristian Tiffert üçüncü (12 faiz) olub.

Qaliblər uşaqlar üçün təşkil olunmuş yeni il şənliyində mükafatlandırılıblar.

Qeyd edək ki, “Aue” hazırda 18 komanda arasında 13-cü pillədədir.