Nazarovun möhtəşəm qolu 1 xal qazandırdı - Video

nazarovun-mohtesem-qolu-1-xal-qazandirdi
Oxunma sayı: 652

Almaniya II Bundesliqasında III turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, millimizin üzvü Dimitri Nazarovun formasını geyindiyi “Aue” səfərdə “Ayntraxt Braunşveyq”lə qarşılaşıb.

Nazarov 24-cü dəqiqədə Tiffertin künc zərbəsindən ötürdüyü topu mükəmməl zərbə ilə qapıdan keçirib.

Lakin 2 dəqiqə sonra Xelifi hesabı bərabərləşdirib.

Matçda başqa qol olmayıb və görüş 1:1 başa çatıb.

Qeyd edək ki, “Aue” 3 oyunda ilk xalını qazanıb.