Nazənin “Ay ürəyim” üçün İstanbula getdi

nazenin-ay-ureyim-ucun-istanbula-getdi
Oxunma sayı: 3078


“Qafqazinfo” xəbər verir ki, sənətçi “Youtube”də ümumi baxışı 1 milyonu keçmiş “Ay ürəyim” mahnısına da klip çəkdirib: 

“Bu mahnı mənim ifamda o, qədər sevildi ki, ona klip çəkdirməyi düşünmürdüm. Mahnıya ümumi baxış 1 milyonu çoxdan keçib. İllərdir mənə sadiq olan fanatlarım israrla mahnıya heç olmasa musiqi çarxı çəkdirməyi xahiş edirdilər. Sevənlərimin bu arzusunu nəzərə alıb, İstanbulda yaşayan klipmeyker dostumuz Zöhrab Ağayevlə məsləhətləşdik və kamera qarşısına keçməyə qərar verdim.

Hazırda montaj işləri gedən klipdə bəzi kadrlarda prodüserim Pərvizi də aktyor kimi görəcəksiniz. Təşəkkürlərim həm də stilist-vizajist Pərviz Mirzəyevin ünvanınadır. Sağ olsun dost kimi komandamıza qoşuldu. Oxucularınıza məni qorxudan hadisəni qısaca danışmaq istəyirəm. Əsas çəkilişlər Boğaz körpüsünün altında üzən yaxtalardan birində baş tutmuşdu. 

Kirayələdiyimiz gəmidə Zöhrab kadrların daha mükəmməl olması üçün məndən fədakarlıq etməyimi istəyirdi. Düşünün, sürətlə üzən yaxtanın ən üst yerində mahnını ayaqüstə dayanıb oxumağım lazım idi. Səhnə libasında olduğumdan soyuq bütün bədənimi titrədirdi. Operator Yusuf Karakaya, Şahin Cavadsoy da Zöhrabın sözlərini təkrarlayıb məndən cəsarətli olmağımı gözləyirdilər. 

Ayaqüstə dayanmaqdan başqa yolum qalmadığını anladım və gəminin ən üst yerinə qalxmışdım ki, güclü külək məni yerə yıxdı. Təsəvvür edin dənizə düşsəydim, elə o, an ürəyim dayanardı. Qurban olum Allaha məni övladlarıma bağışladı. Bu səhnələrin klipdə yer almasını qətiyyən istəmirəm. Amma əminəm ki, “Ay ürəyim”hitinə ikinci həyat verəcək ekran işi təqdim olunanda tamaşaçıların müsbət fikirləri ilə qarşılacağam”.

Könül