Nazənin izləyicisini polisə verir

nazenin-izleyicisini-polise-verir
Oxunma sayı: 3678

Müğənni Nazənin Salayeva şəxsi instaqram hesabının istifadəçisindən hüquq-mühafizə orqanlarına müraciət edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. 

Sənətçi İmanov Elbəy adlı şəxsin onu təhqir etdiyini, onun barədə polisə şikayətçi olacağını qeyd edib: “Bu şəxs barədə mənə çox mesaj yazdılar. Deyirlər ki, dələduzdur. Amma mən bu işi belə qoymayacam. Lazımı orqanlara müraciət edəcəm. Özü üzr istəyir, amma mənə bu lazım deyil. Kişi adam onun-bunun xanımına, anasına, bacısına, qızına artıq-əskik söz yazmır”. 

Müğənni sözügedən şəxsin 1 dəfə profilini, 2 dəfə fotosunu paylaşaraq ona xəbərdarlıq edib. N. Salayeva bundan sonra da təhqiri davam edən şəxs barədə polisə müraciət edəcəyini deyib.