Müğənni Nazənin yenidən Lider TV-də aparıcılığa başlayır. “Qafqazinfo” xəbər verir ki, bu barədə ifaçının özü məlumat yayıb.
O bildirib ki, yeni mövsümdə “Dostlar” verilişini tək yox, prodüseri Pərviz Fəqanla aparacaq.
Qeyd edək ki, Nazənin “Dostlar” verilişində bir neçə il idi ki aparıcılıq edirdi. O yaradıcılıq işləri ilə bağlı aparıcılıq fəaliyyətinə fasilə vermişdi.