Nazilənin oğlu qəzaya düşdü - Yenilənib

nazilenin-oglu-qezaya-dusdu
Oxunma sayı: 5802

Tanınmış şairə Nazilə Səfərlinin oğlu Nurlan qəzaya düşüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə şənbə günü Masazır yolunda baş verib. 

Nurlan “KİA” markalı avtomobili ilə idarəetməni itirərək başqa bir maşına çırpılıb. Qəza zamanı avtomobil yararsız hala düşüb, şairənin oğlu isə özəl xəstəxanalardan birinə yerləşdirilib. 

Hazırda N. Səfərlinin oğlunun vəziyyəti qənaətbəxş hesab edilir.

***

Şairə instaqram səhifəsində post paylaşaraq məlumatı təsdiq edib: “Gördüm ki, oğlumun qəza etməsi barədə xəbər yazıblar. Məlumat dolğun olmadığı üçün hər kəsə qısa fikrimi demək istəyirəm.  Oğlum yüngül xəsarət almışdı, vəziyyəti yaxşıdır. Bir az əvvəl sarğı etdilər, bu gün evə buraxılır. Narahat olunası heç nə yoxdur, qəza hamının başına gələ bilər. Allah balalarımızı qorusun. Xoşbəxtəm ki, əlimlə verdiklərim qarşıma çıxır”.