Nazim İbrahimov “vuruldu” - Yerinə Mikayıl Cabbarov gəldi

nazim-ibrahimov-vuruldu
Oxunma sayı: 13537

Diaspora ilə İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimovu Azərbaycan Qılıncoynatma Federasiyasında Təhsil naziri Mikayıl Cabbarov əvəzləyəcək.

Bu barədə "Qafqazinfo"ya qurumun vitse-prezidenti Yaşar Məmmədov məlumat verib. O bildirib ki, bu gün saat 15:00-da Hesabat-Seçki Konfransı keçiriləcək. Mikayıl Cabbarov sözügedən post üçün yeganə namizəddir.

Xatırladaq ki, cəmi bir ay əvvəl, avqustun 17-də AQF-də Hesabat-Seçki Konfransı baş tutmuşdu və Nazim İbrahimov yenidən federasiya prezidenti seçilmişdi. O, Yaşar Məmmədovun yerinə Ramin Məmmədovu təyin etmişdi.

***

Konfransda Mikayıl Cabbarov AQF-in yeni prezidenti elan olunub.