Nazim İbrahimovun daha bir kadrı komitədən getdi

nazim-ibrahimovun-daha-bir-kadri-komiteden-getdi
Oxunma sayı: 4657

Diasporla İş üzrə Dövlət Komitəsində daha bir vəzifəli şəxs işdən ayrılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, keçmiş sədr Nazim İbrahimovun kadrı kimi bilinən və komitənin aparat rəhbəri Nəriman Qurbanov vəzifəsindən istefa verib.

Qeyd edək ki, bu il aprelin 23-də N.İbrahimovun yerinə millət vəkili Fuad Muradov təyin edilib.

Qeyd edək ki, N. Qurbanov 16 ildir ki, Diasporla İş üzrə Dövlət Komitəsində fəaliyyət göstərirdi. O, prezident İlham Əliyev tərəfindən bir sıra fəxri adlarla təltif edilib.