Nazim Məmmədov Ziyalılar Forumuna dəstək verdi

nazim-memmedov-ziyalilar-forumuna-destek-verdi
Oxunma sayı: 652

Bu barədə Modern.az saytına açıqlamasında sabiq millət vəkili, iqtisadçı-ekspert Nazim Məmmədov onun Ziyalılar Forumuna üzv olması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
“Ola bilsin ki, mənim müxtəlif qurumlara üzv olmağımla bağlı bir çoxlarının arzusu var və ayrı-ayrı şəxslər fikir bildiriblər. Lakin mənim gündəliyimdə hər hansı forum və ya birlik, bu istər İctimai Palata, istər Ziyalılar Forumu olsun, belə bir şey yoxdur və olacağı da görsənmir”.
Bununla belə, N.Məmmədov ümumilikdə Ziyalılar Forumunun fəaliyyətini normal qiymətləndirir. Onun fikrincə, orada toplaşan insanların Azərbaycanın bu və ya digər problemləri ilə bağlı fikirlərini söyləməyə tam haqları var:
“Təbii ki, cəmiyyətdə baş verən neqativ və pozitiv proseslərə ziyalıların münasibət bildirməyini normal, anlaqlıqlı qarşılamaq lazımdır. Hesab edirəm ki, onları bəzi insanların süngü ilə qarşılaması heç də yaxşı görünmür. Bizdə demokratik cəmiyyətdir, insanlar Konstitusiyaya, qanunlarımıza uyğun olaraq müəyyən forumlarda, birliklərdə birləşə və fikirlərini birgə söyləyə bilərlər”.