Nazim müalicə üçün Türkiyəyə getdi

Nazim müalicə üçün Türkiyəyə getdi
Oxunma sayı: 1997

“Faytonçu” ləqəbli müğənni Nazim Pişyari səhhəti ilə bağlı yenidən Türkiyəyə gedib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçinin özü sosial şəbəkədə məlumat yayıb. 

Müalicə üçün İstanbulda olan Nazim instaqramda səhhətinin yaxşıya doğru getdiyini qeyd edib:

“Hamını sevindirməyə tələsirəm. Tam müaiyənədən keçdim, nəticələrim müsbət oldu. Tamamilə sağlağam”. 

Qeyd edək ki, Nazim bir müddət əvvəl öd kisəsindən əməliyyat olunmuş, 12 saat əməliyyat masasında qalmışdı. İfaçı iddia etmişdi ki, həkimlər ona səhvən xərçəng diaqnozu qoyub. 

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi