Nazir 5 rayonun sakinləri ilə görüşdü

Nazir 5 rayonun sakinləri ilə görüşdü
Oxunma sayı: 1350

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şabran rayonunda Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, nazirlə görüşdə vətəndaşlar əsasən sosial təminat və tibbi-sosial reabilitasiya, məşğulluq, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb olunma, əmək hüquqlarının müdafiəsi, imtiyazlı şəxslərin dövlət hesabına mənzillə təmin edilməsi, sosial sığorta və s. məsələlərlə bağlı müraciət ediblər. Bir sıra müraciətlər sorğu xarakterli olub və vətəndaşlara aidiyyəti məsələlərlə əlaqədar hüquqi izahatlar verilib. Ayrı-ayrı müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə obyektiv şəkildə yerindəcə araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

S.Babayev prezident İlham Əliyevin tapşırıqları əsasında ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi,  həmçinin bu sistemin müasir və şəffaf mexanizmlər əsasında qurulması üçün aparılan işlər barədə məlumat verib. 

Qəbul zamanı S.Babayevin göstərişi ilə bir sıra vətəndaşlara müraciətlərinə uyğun olaraq yaşadıqları ərazidəki müəssisələrdə olan vakant iş yerlərinə göndərişlər verilib, ayrı-ayrı şəxslər özünüməşğuluq proqramına və peşə hazırılığına cəlb edilmələri üçün qeydiyyata alınıblar. 

Nazir dövlət başçısının müvafiq Sərəncamına əsasən, özünüməşğulluq proqramı çərçivəsində 2018-ci il üzrə işsiz və işaxtaran vətəndaşlara mal və materialların verilməsinə artıq başlandığını qeyd edib. Bildirib ki, Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında da cari ildə ötən illə müqayisədə 6 dəfədən çox olmaqla 500 nəfər özünüməşğulluq proqramına cəlb edilib.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi