Nazir baş direktoru işdən çıxardı

Nazir baş direktoru işdən çıxardı
Oxunma sayı: 3803

Müdafiə Sənayesi Nazirliyində (MSN) kadr dəyişikliyi baş verib.

“Qafqazinfo” “AzeriDefence” saytına istinadən xəbər verir ki, nazirliyin aparıcı müəssisələrindən olan “Üfiq” İstehsalat Birliyinin baş direktoru Ramiz Məmmədov tutduğu vəzifədən azad edilib. Onun yerinə “Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev təyin olunub.

Bununla yanaşı, “Üfiq” İstehsalat Birliyinin strukturlarında da kadr dəyişiklikləri olub.

Qeyd edək ki, son illərdə R. Məmmədovun rəhbərlik etdiyi “Üfiq” İstehsalat Birliyinin müəssisələrində bir neçə hadisə olub. İki il öncə – 2016-cı ildə Birliyin Şirvan şəhərindəki “Araz” zavodunda ölümlə nəticələnən partlayış, fevralın 6-da isə “Radioquraşdırma” zavodunun anbarında yanğın baş verib.

Nazirlikdən bildirilib ki, bu günlərdə aparılan kadr dəyişikliyi nəticəsində “Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev “Üfiq” İstehsalat Birliyinə, “Üfiq” İstehsalat Birliyinin baş direktoru Ramiz Məmmədov isə “Optika-Mexanika” İstehsalat Birliyinə rəhbər təyin edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi