Nazir bayramı sığınacaqdakı uşaqlarla qeyd edib

nazir-bayrami-siginacaqdaki-usaqlarla-qeyd-edib
Oxunma sayı: 1152

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində Novruz bayramı münasibətilə təşkil olunan bayram şənliyində iştirak edib.

"Qafqazinfo" xəbər verir ki, S.Babayev buradakı uşaqları, müəssisənin kollektivini təbrik edərək, xoş arzularını bildirib.

Sonra Novruza, baharın gəlişinə aid şeirlər, mahnılar səsləndirilib, rəqslər ifa edilib. Uşaqların ifasında Novruza aid adət-ənənələr, bayramın özünəməxsus kulinariya nümunələrinin hazırlanması prosesi, şəkərbura üzərində naxış vurma nümayiş olunub. Novruz tonqalı alovlandırılıb.

Müəssisə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial sığınacaqla və sosial təhlükəli vəziyyətdən çıxarılmaları üçün reabilitasiya xidmətləri ilə təmin olunmaları məqsədinə xidmət edir.