Nazir Cenevrədə səfərdə olub

nazir-cenevrede-seferde-olub
Oxunma sayı: 641

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, sessiyada məruzə ilə çıxış edən nazir Fizuli Ələkbərov iqtisadi idarəetmə sisteminin ilk növbədə insan firavanlığına yönəldilməsinin müasir dünya üçün olduqca aktual olduğunu vurğulayaraq,iqtisadi tənəzzülün nəticələrinin bəzi dünya ölkələrinin iqtisadi artımına, sosial inkişafına, siyasi quruluşuna ciddi təsir göstərdiyi bir vaxtda Azərbaycanda ədalətli iqtisadi-sosial modelin uğurlu icra mərhələsinin yaşandığını vurğulayıb.

Gənclərin inkişafının, onların sosial müdafiəsinin gücləndirilməsinin ölkəmizin davamlı inkişaf modelinin mühüm tərkib hissəsi olduğu qeyd edilərək, bildirilib ki, Azərbaycanda ölkə rəhbərinin müvafiq Fərmanı ilə 2012-ci ilin əvvəlində yaradılan Gənclər Fondununəsas əsas hədəflərdən biri də məhz gənclərin səmərəli məşgulluğunun təmin olunmasıdır. Eyni zamanda həssas əhali qrupunun yoxsulluqdan qorunması və davamlı sosial təminatla əhatələnməsi üçün ölkəmizdə Sosial Dəstək Fondunun yaradılması ilə bağlı işlər aparılır.Bu sahələrdə mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BƏT-lə Layiqli Əmək üzrə Ölkə Proqramının prioritet sahələri üzrə fəal əməkdaşlıq həyata keçirilir və ölkəmiz üzərimizə götürdüyü öhdəlikləri layiqli şəkildə yerinə yetirir. Bununla yanaşı, ölkəmizdə milli iqtisadiyyatın və əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların yetişdirilməsi, beynəlxalq tələblərə uyğun peşə standartlarının hazırlanması sahəsində görülən işlər barədə məlumat verilib.

Səfər çərçivəsində nazir Fizuli Ələkbərovla BƏT-in yeni seçilmiş Baş direktoru QayRayder arasında görüş keçirilib. Görüşdə nazir Fizuli Ələkbərov respublikamızda davamlı sosial-iqtisadi inkişafın təmin olunmasına yönələn uğurlu islahatlar, gənclərin sosial müdafiəsi və səmərəli məşğulluğuna xidmət edən ardıcıl və məqsədyönlü tədbirlər, idmanın inkişafı istiqamətində aparılan işlər barədə məlumat verib və QayRayderi ölkəmizə səfərə dəvət edib. Respublikamızda gedən inkişaf proseslərinin onda böyük maraq hissi yaratdığını qeyd edən QayRayder Azərbaycanın inkişaf modelinin müsbət bir təcrübə olaraq bir çox ölkələrə ötürülə biləcəyini vurğulayıb.