Nazir CEO Lunch Baku-nun fəxri qonağı olub

Nazir CEO Lunch Baku-nun fəxri qonağı olub
Oxunma sayı: 474

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Caspian European Club tərəfindən təşkil olunmuş CEO Lunch Baku-da fəxri qonaq qismində iştirak edib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. Təşkilat Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.

“Hyatt Regency Baku” otelində keçirilən, 50-yə yaxın şirkətin 85 nümayəndəsinin iştirak etdiyi tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək münasibətləri, layiqli əməyin təminatı, məşğulluq sahələrində biznes strukturları ilə əməkdaşlığının fəallaşması ilə əlaqədar Caspian European Club-un üzv şirkətlərinin çoxsaylı müraciətləri əsasında təşkil olunub.

Caspian European Club-ın sədrinin birinci müavini, baş icraçı direktoru Telman Əliyev ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində mühüm islahatların aparıldığını və bu islahatların Caspian European Club tərəfindən maraqla izlənildiyini deyib. O, CEO Lunch Baku-da fəxri qonağı - nazir Sahil Babayevi görüş iştirakçılarına təqdim edərək, bu görüşdə iştirakına görə nazirə təşəkkürünü ifadə edib.

Sonra “AsProf Group” şirkətlər qrupunun, “Mirzayev’s Partners” hüquq şirkətinin və Qala Siğorta şirkətinin təqdimatı olub.

Görüşdə S.Babayevə Fəxri Klub üzvlüyü sertifikatı təqdim edilib. Həmçinin Caspian European Club-a yeni üzv olan şirkətlərə və üzvlüyünü davam etdirən şirkətlərə Klub üzvlüyü sertifikatları təqdim edilib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi